İrandan Əsəd ordusuna ağır zərbə: Dəməşq hərəkətə keçdi

31-03-2020, 09:33           
İrandan Əsəd ordusuna ağır zərbə: Dəməşq hərəkətə keçdi
Suriyada Bəşər Əsəd ordusunun yüksək rütbəli şəxslərinin gizli telefon danışığı ortaya çıxıb. Məlumata görə, İrandan gələn hərbçilər rejim qüvvələrinə koronavirus yoluxdurub.

Teleqraf.com xəbər verir ki, Əsəd ordusunun 11 hərbçisində koronavirus infeksiyası aşkar olunub.

Suriyanın rəsmi mənbələri isə ölkədə 9 koronavirusa yoluxma halının təsbit edildiyini açıqlayıb. Zabitlər arasındakı telefon danışığının detalları ələ keçdikdən sonra isə İran qüvvələrinin yerləşdiyi Kəfr Nəbl və Marət əl-Numan kəndlərində Əsəd ordusunun 11 hərbçisində yeni növ pandemiyanın aşkar olunduğu bildirilib.

Bölgədə pandemiyanın yayılmasının qarşısını almaq məqsədilə hərəkətə keçən Suriyanın səlahiyyətləri orqanları önləyici tədbirlər görməyə başlayıb.

Koronavirusun bölgədəki İran hərbçilərindən yayıldığı dəqiqləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru