Amerikalı həkimlər koronavirusa görə diz çöküb ağladılar - VİDEO

31-03-2020, 16:07           
Amerikalı həkimlər koronavirusa görə diz çöküb ağladılar - VİDEO
Hazırda koronavirus daşıyıcılarının rəsmi sayına görə dünyada birinci olan ABŞ-ın xəstəxanalarının birində həkimlər diz çökərək ağlayıblar.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, pandemiya qarşısında çarəsiz qalan tibb işçiləri səhiyyə ocağının koridoruna çıxaraq Allaha dua ediblər.

“Hazırda səndən başqa heç kimimiz yoxdur. Fəryadımızı duy və dünyaya toxun. Dərsimizi almışıq”, - həkimlər tanrıya belə yalvarıblar.

Qeyd edək ki, ABŞ-da indiyədək 164 000-dən çox insana koronavirus diaqnozu qoyulub. Ölkədə virusdan ölənlərin sayı isə 3 000-i ötüb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru