Gürcüstan XİN: Dağlıq Qarabağdakı qondarma "seçkilər"i tanımırıq

1-04-2020, 00:34           
Gürcüstan XİN: Dağlıq Qarabağdakı qondarma "seçkilər"i tanımırıq
"Dağlıq Qarabağda qondarma "prezident və parlament seçkiləri"ni tanımırıq".

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi internet saytında yerləşdirilmiş bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinin tərəfdarıdır.

"Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 31 mart 2020-ci ildə Dağlıq Qarabağda keçirilmiş qondarma "prezident və parlament seçkiləri"ni tanımır. Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyir", - deyə bəyanatda bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru