ABŞ-da şist neft hasil edən böyük şirkət iflas oldu

2-04-2020, 03:44           
ABŞ-da şist neft hasil edən böyük şirkət iflas oldu
Şist neftin istehsalında ixtisaslaşan ABŞ-ın “Whiting Petroleum” şirkəti enerji qiymətlərinin aşağı düşməsi fonunda çərşənbə günü iflas prosedurlarının başlandığını elan edib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazıb.

Qeyd olunub ki, şirkət “kapitalın restrukturizasiyası” prosesinə başlamaq niyyətindədir:

“Şirkətin hesabı 585 milyon ABŞ dollarından çoxdur və təchizatçılar, tərəfdaşlar və işçilər üçün normal fəaliyyətini davam etdirəcək. “Whiting Petroleum”un borcu isə təxminən 2,2 milyard ABŞ dollarıdır” - deyə, məlumatda qeyd olunub.

İflasın elan edilməsindən sonra şirkətin səhmləri təxminən 45% azalaraq hər hissəyə 0,39 ABŞ dollarına düşüb.

Nəşr qeyd edir ki, bu sahədə işləyən bir çox Amerika şirkətlərinin böyük borcları yaranıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru