COVID-19-la mübarizə üçün 80-dən çox ölkə BVF-dən yardım istəyib

2-04-2020, 05:47           
COVID-19-la mübarizə üçün 80-dən çox ölkə BVF-dən yardım istəyib
Bir çox ölkələr koronavirus pandemiyası ilə mübarizə aparmaq üçün Beynəlxalq Valyuta Fondundan (BVF) maliyyə köməkliyi istəyib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə telefon brifinqi zamanı fondun nümayəndəsi məlumat verib.

80 ölkə tərəfindən tələb olunan vəsaitin ümumi məbləği 20 milyard ABŞ dollarını ötüb.

Qeyd olunub ki, müraciətlər daha çox az gəlirli, kiçik və inkişaf etməkdə olan ölkələrdən daxil olub.

Bildirilib ki, daxil olan müraciətlərin yarısı araşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru