Trampdan neft hasilatının ixtisarı ilə bağlı daha bir proqnoz

3-04-2020, 00:00           
Trampdan neft hasilatının ixtisarı ilə bağlı daha bir proqnoz
ABŞ Prezidenti Donald Tramp neft hasilatının ixtisarı ilə bağlı Tvitter səhifəsində paylaşım edib.

Ağ Ev rəhbəri hasilatın sutkada 15 milyon barrelədək ixtisar oluna biləcəyini yazıb:

“Hətta ixtisar sutkada 15 milyon barrel ola bilər. Hamımız üçün əla xəbərlər var”.

Qeyd edək ki, daha əvvəl Tramp Səudiyyə Ərəbistanı və Rusiya ilə danışıqlar apardığını və tərəflərin neft hasilatını sutka ərzində 10 milyon barrelədək ixtisara salacaqlarına ümid etdiyini bildirmişdi. Trampın bu açıqlamasından sonra “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 40% bahalaşma ilə bir barrelə görə 35,99 dollara yüksəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru