Norveçin suveren sərvət fondu tarixində ilk dəfə aktivlərini satıb- “Bloomberg”

3-04-2020, 00:00           
Norveçin suveren sərvət fondu tarixində ilk dəfə aktivlərini satıb- “Bloomberg”
Dünyanın ən böyük suveren fondu – Norveçin suveren sərvət fondu (Norwegian Wealth Fund) koronavirusun qlobal iqtisadiyyata təsiri ilə bu ilin 1-ci rübünü 113 milyard ABŞ dollarlıq zərərlə başa vurub.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu suveren fond tarixində ilk dəfə hökumətin xərclərini qarşılamaq üçün aktivlərini satıb.

Məlumata görə, analoji dövrdə Norveçin sərvət fondunun səhmlərinin dəyəri 21,1% azalıb. “Norwegian Wealth Fund” gəlirlərinin azalmasına əsas səbəblərdən biri beynəlxalq bazarlarda neftin qiymətinin ucuzlaşması olub.

Qeyd edək ki, suveren fondun portfelinin dəyəri ötən il 180 milyard ABŞ dollar artaraq 1,1 trilyon ABŞ dollarına çatmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru