Boris Consonun koronavirusla əlaqədar özünütəcridi davam edəcək

3-04-2020, 21:13           
Boris Consonun koronavirusla əlaqədar özünütəcridi davam edəcək
Böyük Britaniyanın Baş Naziri Boris Consonun koronavirusla əlaqədar özünütəcridi davam edəcək.

Bu barədə B. Conson “Twitter” hesabında yayımlanan videomüraciətində bildirib.

”Mən özümü daha yaxşı hiss edirəm və artıq 7 gün tamam olur ki, mən karantindəyəm. Lakin məndə hələ simptomlardan biri davam edir, hərarətim var. Buna görə də hökumətin məsləhətinə uyğun olaraq mən simptomlar tamamilə yoxa çıxanadək özünütəcridi davam etdirməliyəm. Lakin biz bu virusa qalib gəlmək üçün dayanmadan öz proqramımız üzərində işləyirik”, – deyə B. Conson vurğulayıb.

Baş Nazir ölkə vətəndaşlarını martın 23-dən etibarən tətbiq olunan karantin rejiminə əməl etməyə və vacib olmadığı halda evdən çıxmamağa çağırıb.

Onun sözlərinə görə, həftə sonlarında günəşli hava şəraiti ilə əlaqədar bir çox britaniyalı, xüsusən uşaqları olan valideynlər küçədə daha çox vaxt keçirməyə və hakimiyyətin tövsiyələrini pozmağa başlaya bilərlər: “Xahiş edirəm mövcud qaydalara əməl edin. Ölkə koronavirusun yayılmasının qarşını almaq üçün çox səy göstərir, böyük fədakarlıqlar edir və bu istiqamətdə əhəmiyyətli uğurlar qazanıb. Gəlin bu yolda davam edək”. (apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru