Tramp tibbi maska taxmamağının səbəbini açıqladı

4-04-2020, 06:17           
Tramp tibbi maska taxmamağının səbəbini açıqladı
ABŞ prezidenti Donald Tramp qoruyucu tibbi maska taxmaq niyyətində olmadığını bəyan edib.

Trend-in məlumatına görə, D.Tramp tibbi maska taxmağı onun statusu ilə uyğun olmadığını hesab edir.

"Bu yalnız bir tövsiyədir. Mən özümü yaxşı hiss edirəm. Sadəcə bunu (tibbi maska taxmağı) istəmirəm", - deyə ABŞ prezidenti koronavirusun yayılması fonunda qoruyucu tibbi maskanı niyə taxmaq niyyətində olmadığını sualını cavablandırıb.

"Bilirsiniz, Oval kabinetdə gözəl masanın arxasında oturub, tibbi maska taxıb prezidentləri, baş nazirləri, diktatorları, padşahları, kraliçaları salamlamaq... bilmirəm, bu mənim üçün deyil", - D.Tramp izah edib.

O əlavə edib ki, öz fikrini dəyişə bilər, amma ümid edir ki, koronavirusla bağlı vəziyyət "çox tezliklə başa çatacaq".ABŞ prezidenti Donald Tramp qoruyucu tibbi maska taxmaq niyyətində olmadığını bəyan edib.

Trend-in məlumatına görə, D.Tramp tibbi maska taxmağı onun statusu ilə uyğun olmadığını hesab edir.

"Bu yalnız bir tövsiyədir. Mən özümü yaxşı hiss edirəm. Sadəcə bunu (tibbi maska taxmağı) istəmirəm", - deyə ABŞ prezidenti koronavirusun yayılması fonunda qoruyucu tibbi maskanı niyə taxmaq niyyətində olmadığını sualını cavablandırıb.

"Bilirsiniz, Oval kabinetdə gözəl masanın arxasında oturub, tibbi maska taxıb prezidentləri, baş nazirləri, diktatorları, padşahları, kraliçaları salamlamaq... bilmirəm, bu mənim üçün deyil", - D.Tramp izah edib.

O əlavə edib ki, öz fikrini dəyişə bilər, amma ümid edir ki, koronavirusla bağlı vəziyyət "çox tezliklə başa çatacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru