ABŞ-da 5 körpədə koronavirus aşkarlandı

4-04-2020, 10:59           
ABŞ-da 5 körpədə koronavirus aşkarlandı
ABŞ-ın Merilend ştatında biri biraylıq olmaqla, 5 körpəyə koronavirus diaqnozu qoyulub.

KONKRET.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Larri Hoqan açıqlama verib.

O bildirib ki, ştatda yaşı 1-dən az olan 5 körpədə koronavirus testi pozitiv çıxıb: “Gerçək budur ki, bu xəstəlik heç bir fərq qoymur, heç kəs toxunulmaz deyil”.

Qeyd edək ki, Merilenddə indiyədək 2 758 nəfərə koronavrus diaqnozu qoyulub. Ştatda pandemiya qurbanlarının sayı isə 40-ı ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 118 000-i ötüb. Bunların 229 151 nəfəri sağalıb, 59 203 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru