Nə koronavirus, nə xərçəng... - Gələcəkdə öldürən xəstəliklərdən biri BU OLACAQ

4-04-2020, 20:27           
Nə koronavirus, nə xərçəng... - Gələcəkdə öldürən xəstəliklərdən biri BU OLACAQ
Gələcəkdə ölümə səbəb olan 5 xəstəlikdən biri müəyyənləşib.

Metbuat.az xəbər verir ki, doktor Bülent Tokgöz lazımi tədbirlər görülməsə, 2040-cı ildə ölümə səbəb olan 5 xəstəlikdən birinin xroniki böyrək çatışmazlığı olacağını söyləyib:

"Həkim göstərişi olmadan dərman istifadə etməyin, həddən artıq duz yeməyin. Orqanizminizi susuz qoymayın, siqaret çəkməyin. Həyacanlandığınız vaxt özünüzü ələ almağı bacarın. Dünyada xroniki böyrək xəstəliklərinin yükü get-gedə artır. Əgər qabaqlayıcı tədbirlər görülməsə, 2040-cı ildə ölümə aparan 5 xəstəlikdən biri də bu olacaq".

Bundan əlavə, həkim Tokgöz xroniki böyrək xəstəliklərinin müalicəsinin olduqca baha olduğunu da dilə gətirib. Hazırda dünyada bu xəstəlikdən 700 milyon insan əziyyət çəkir. Hər il 2.5 milyon insan bu səbəbdən dünyasını dəyişir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru