Yaponiya koronavirus əleyhinə dərmanı dünya ölkələrinə pulsuz paylayacaq

4-04-2020, 23:39           
Yaponiya koronavirus əleyhinə dərmanı dünya ölkələrinə pulsuz paylayacaq
Yaponiya koronavirus infeksiyasının müalicəsinə yaxşı təsir edən "Avgina "dərmanını yeni növ koronavirus (COVİD-19) infeksiyasının müalicəsi üçün istəyən ölkələrə pulsuz verəcək.

Yaponiya "Avigan” preparatını dünya ölkələrinə yardım kimi paylayacaq.

Bu barədə məlumat verən Yaponiya hökumətinin sözçüsü Suga Yoşihide keçirdiyi mətbut konfransında bildirib ki, hazırda 30 ölkə Yaponiyaya dərman yardımı üçün müraciət edib. Onun sözlərinə görə, Yapon firmasının qrip əleyhinə istehsal etdiyi "Avigan” dərmanı hazırda koronavirusla müalicədə təsirlərini öyrənmək məqsədi ilə klinik testlərdən keçirilir. Dərman Yaponiyada və Çində təcrübədən çıxıb və öz müsbət nəticəsini verib.

Yapon hökumətinin rəsmisi əlavə edib ki, bu dərmanlar müraciət edən ölkələrə pulsuz və tələbləri səviyyəsində yardım kimi veriləcək. \\Ölkə.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru