Trampdan İrana çağırış: Mənə zəng edin!

5-04-2020, 00:00           
Trampdan İrana çağırış:
Əgər İran bizə qarşı düşmən kimi davranarsa, peşman olacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

İrana qarşı sanksiyaların aradan qaldırılması üçün hansı şərtlərin lazım olduğu sualına isə ABŞ Prezidenti deyib:

"Danışmağımız lazımdır. Məncə, İranla çox tez anlaşa bilərik. Etməli olduğumuz bir şey telefonla danışmaqdır. Sadəcə, onların qürurlu insanlar olduğunu və idarəçilikdə də qürurlu olduğunu düşünürəm. Hamımız kimi".

Tramp ABŞ-ın ikili münasibətlərdə düşmənçilik istəmədiyini bildirərək, Ruhaniyə mesaj göndərib:

“İranın yalnız atacağı addım mənə zəng etməkdir. Ya da başqalarından bunu etməyi istəməlidirlər. Asanlıqla işləyə biləcəyimiz fərqli kanallar var".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru