Rusiya vaxtı açıqladı: Peyvəndlərin sınağına başlayır

5-04-2020, 00:08           
Rusiya vaxtı açıqladı: Peyvəndlərin sınağına başlayır
Rusiyanın Vektor Dövlət Tədqiqat Mərkəzinin direktoru Rinat Maksyutov Rusiyanın Birinci kanalında yayımlanan “Ölümcül virus” filmində COVID-19 infeksiyasına qarşı peyvəndin meymunlar üzərində sınağının başlanmasından danışıb.

Axar.az xəbər verir ki, bundan öncə dərman siçan və gəlinciklər (dələkimilər fəsiləsinə aid heyvan cinsi) üzərində sınaqdan keçirilib. Sınaqlar göstərib ki, bu vaksin koronavirusa qarşı toxunulmazlığı inkişaf etdirmək iqtidarındadır.

Meymunlarla bağlı aparılan sınaq və araşdırmalar aprel ayının sonuna qədər davam edəcək, bundan sonra onlar preklinik sınaq mərhələsinə keçəcəklər.

“Növbəti mərhələ artıq birbaşa insanlar üzərində sınaqların aparılması olacaq”, - Maksyutov deyib.

Onun sözlərinə görə, bu cür sınaqların iyun ayında başlaması ehtimal olunur, lakin bunun üçün vaksinin laboratoriya müayinəsi səviyyəsində göstərilməsi və klinik sınaqların ilk mərhələsinin aparılması üçün Səhiyyə Nazirliyindən icazə alınmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru