UNO-lar ABŞ səmasında parad keçirdi - Video

5-04-2020, 08:56           
UNO-lar ABŞ səmasında parad keçirdi - Video
Meksika və ABŞ səmasında çox sayda UNO müşahidə edilib.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, naməlum uçan obyektlər Laquna çimərliyində (Kaliforniya) yerli sakinlər tərəfindən görülüb. Bununla birlikdə San Dieqo və Sakramento və Nyu York ştatının şahidləri də eyni qrupu müşahidə ediblər.

Şahidlərin dediyinə görə, bir qrup UNO üfüqdən nizamlı şəkildə yaxınlaşaraq bir müddət səmada bir xətt üzrə düzülərək qalıblar. Bütün bu "performans" təxminən 20 dəqiqə davam edib, sonra isə naməlum obyektlər yox olub.

Yeri gəlmişkən, bu, UNO qruplarının müşahidəçilərin gözü qarşısında ilk nümayişkaranə şəkildə özünü göstərməsi faktı deyil. Belə anlamaq olur ki, onların əsas məqsədi sadəcə öz varlıqlarını göstərməkdir. Bəzi ufoloqlar belə bir jesti yadplanetlilərin insanlarla yaxınlaşmaq istəyinin nəticəsi hesab edirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru