ABŞ-dan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR gəlir - Küçələrdən cəsədlər toplanır və... - FOTOLAR

5-04-2020, 15:03           
ABŞ-dan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR gəlir - Küçələrdən cəsədlər toplanır və... - FOTOLAR
Nyu-York xəstəxanalarından birindən dəhşətli görüntülər yayılıb.

Publika.az xəbər verir ki, fotolardan küçələrdən toplanan cəsədlərin torbalarda daşınması, eyni zamanda onların xəstəxana dəhlizində gözlədildiyi diqqət çəkir.

ABŞ-da pozitiv nəticə verən testlərin sayı 311 minə çatıb. Virusun sürətlə yayıldığı şəhər Nyu-Yorkdur.

Bu ölkədə təkcə son 3 gündə 100 min nəfər COVID-19-a yoluxub, 8500 nəfər ölüb. Son 24 saatda 1300-dən çox xəstə həyatını itirib.

ABŞ Prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında "önümüzdəki 2 həftədə təəssüf ki, hədsiz ölüm halları gözlənilir", - deyə qeyd edib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru