Hindistanda koronavirusa qarşı həmrəylik əlaməti olaraq milyonlarla şam yandırılıb - FOTO

6-04-2020, 05:58           
Hindistanda koronavirusa qarşı həmrəylik əlaməti olaraq milyonlarla şam yandırılıb - FOTO
Hindistanın bütün şəhər və kəndlərində koronavirusla mübarizə çərçivəsində insanlar birliyik rəmzi olaraq 9 dəqiqə müddətində milyonlarla şam və lampa yandırıb.

APA TASS-a istinadən xəbər verir ki, axşam saat 21.00-da başladılan bu aksiya Hindistanın Baş naziri Narendra Modinin təşəküübüsü ilə həyata keçirilib.

Baş nazir ölkə vətəndaşlarına çağırış edərək evlərdəki işıqları söndürməyi, eyvanlara çıxaraq əllərində şam və lampalar tutaraq dayanmalarını xahiş edib. Baş nazir televiziya vasitəsilə xalqa müraciətində deyib ki, bu işıqlar 1,3 milyardlıq Hindistan xalqının ümumi gücünü nümayiş etdirir.

"Bu, koronavirusun gücünə qarşı mübarizədəki əzmkarlıq mesajınızdır", - deyə Baş nazir Modi “Twitter” səhifəsində yazıb.

Xatırladaq ki, Hindistanda qədim inanclara görə yandırılan şam və ya lampa qorxunu, şər qüvvələri uzaqlaşdırır.

Məlumat üçün bildirək ki, Hindistanda son məlumatlara görə, 3577 nəfər koronavirusa yoluxub, onlardan 83 nəfəri dünyasını dəyişib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru