Fransada bir gündə 800 nəfər koronavirusdan öldü

7-04-2020, 00:01           
Fransada bir gündə 800 nəfər koronavirusdan öldü
Fransada koronavirusa yoluxanların sayı 98 010 nəfərə çatıb. “Report” xəbər verir ki, bunu Fransanın Səhiyyə naziri Olivye Veran deyib.

Onun sözlərinə görə, ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 8 911 nəfər təşkil edib.

Belə ki, son 24 saat ərzində ölkədə 800 nəfər pandemiyanın qurbanı olub.

Nazir əlavə edib ki, vəziyyəti ağır olan 7 072 nəfər reanimasiya şöbəsindədir.

Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru