Rusiya benzin idxalını məhdudlaşdıra bilər

7-04-2020, 03:56           
Rusiya benzin idxalını məhdudlaşdıra bilər
Rusiya hökuməti ucuz benzininin daxili bazara idxalının qarşısını almaq üçün xaricdən neft məhsullarının alınmasını müvəqqəti qadağan etmək istəyir.

“Report” xəbər verir ki, bu barədə “RBC” nəşri yanacaq bazarındakı iştirakçıya istinadən məlumat yayıb. Məlumatı həmçinin, üç federal məmur da təsdiqləyib.

Qeyd olunur ki, məhdudiyyətlər aprel ayında tətbiq ediləcək. Lakin, əvvəlcə qərar şirkətlərə elan ediləcək və daha sonra qanunvericilik səviyyəsində konsolidasiya baş verəcək.

Xaricdən benzin idxalına qoyulan qadağa 2020-ci ilin sentyabr ayına qədər nəzərdə tutulub. Çünki, Rusiya Federasiyası Energetika Nazirliyinin proqnozlarına görə, bu dövrədək neftin qiymətləri aşağı olacaq.

Nəşrin məlumatına görə, Rusiya Energetika Nazirliyi oxşar təkliflə çıxış edib və təklif Baş nazirin müavini Yuri Borisov tərəfindən dəstəklənib.

Energetika naziri Aleksandr Novakın sözlərinə görə, hazırda Avropada benzinə tələbat bəzi ölkələrdə koronavirusla mübarizəyə görə təxminən 70% azalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru