Bu il dünyada müflis olan şirkətlərin sayı 25% arta bilər

7-04-2020, 09:54           
Bu il dünyada müflis olan şirkətlərin sayı 25% arta bilər
Koronavirus (COVID-19) epidemiyasının II dalğası yaşanmasa və bu ilin III rübündən iqtisadi aktivlik artsa belə, bu il dünyada müflis olan şirkətlərin sayı 25% artacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu proqranla Fransanın kredit və sığorta fəaliyyəti ilə məşğul olan şirkəti “Coface” çıxış edib.

Məlumata görə, şirkətlərin iflasının ən yüksək dinamikası ABŞ (39%), Böyük Britaniya (33%), İspaniya (22%) və İtaliyada(18%) müşahidə olunacaq.

“Coface” bu il Qlobal Ümumi Daxili Məhsulun (ÜDM) 1,3% azalacağını, ötən ilə nisbətən ressesiyada olan ölkələrin sayının isə təqribən 6,2 dəfə artaraq 11-dən 68-ə yüksələcəyini gözləyir. Bundan başqa, şirkəti ötən il 0,4% azalan beynəlxalq ticarədə kiçilmə tendensiyasının bu il artaraq 4,3%-ə yüksələcəyini bildirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru