Rusiya dərhal İrəvana iki hərbi təyyarə göndərdi – Səbəb

8-04-2020, 15:34           
Rusiya dərhal İrəvana iki hərbi təyyarə göndərdi – Səbəb
Təkcə ona görə yox ki, pandemiya orada sürətlə yayılır. Həm də onsuz da zəif olan iqtisadiyyatı iflic edib. Ölkədə tibbi-gigiyenik vasitələr yoxdur, dezinfeksiya imkanları da çox aşağıdır. Nəticədə Paşinyan yenə Rusiyaya yalvarmaq məcburiyyətində qaldı.
Bu sözləri Axar.az-a açıqlamasında ermənişünas alim İsmayıl Tanrıverdi Rusiyanın Ermənistana koronavirusa qarşı mübarizə üçün hərbi mütəxəssislər və dezinfeksiya avadanlıqları, tibbi ləvazimatlarla dolu iki təyyarə göndərməsini şərh edərkən deyib.
O qeyd edib ki, artıq erməni ordusunda da koronavirus sürətlə yayılır:
“Hətta Gümrüdə yerləşən 102-ci hərbi bazadakı rus əsgərləri də koronavirusa yoluxub. Bu səbəbdən Rusiya hərbi mütəxəssislərini və avadanlıqlarını dərhal İrəvana göndərdi. Bu dəstək İrəvana deyil, 102-ci hərbi bazadakı rus əsgərlərinə göndərilib. Bu baza Rusiyanın regiondakı önəmli bir məntəqəsidir və Moskva virusun rus əsgərləri arasında yayılmasına razı ola bilməzdi”.
İ.Tanrıverdi vurğulayıb ki, bu tədbirlərin Ermənistanı düşdüyü durumdan çıxaracağı şübhə altındadır:
“Rusiyanın bu dəstəyi ilə Ermənistanın acınacaqlı durumdan çıxacağını düşünmək sadəlövhlük olardı. Rusiya yəqin ki, öz bazasındakı əsgərlərə diqqəti artıracaq. Çünki Rusiyanın özündə pandemiya sürətlə yayılır və ölüm halları artır. Ona görə Ermənistandakı acınacaqlı durumun dərinləşəcəyini düşünürəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru