ABŞ alimlərindən şad xəbər -24 saata sağaldacaq

8-04-2020, 16:07           
ABŞ alimlərindən şad xəbər -24 saata sağaldacaq
Koronavirusun ən çox yayıldığı ölkə olan ABŞ-da peyvənd və dərman axtarışı davam edir.

Yenisabah.az xəbər verir ki, amerikalı mütəxəssislər virusun müalicəsində işə yarayacaq dərman hazırladıqlarını açıqlayıblar.

Şimali Karolina Universitetində Timoti Şeyanın rəhbərlik etdiyi bir qrup EIDD-2801 adlı bir dərman hazırlayıb. Koronavirusun birbaşa tənəffüs yollarına ciddi ziyan vurduğunu açıqlayan Şeyan hazırladıqları dərmanın ağciyərlərdə zərəri azaltdığını deyib.

O , dərmanın ilk əvvəl siçanlar üzərində sınaqdan keçdiyini vurğulayıb: "Artıq insanlar üzərində sınaqdan keçməyə hazırdır. Bu dərman xəstəliyin ilkin mərhələsində ,yəni simptomlar hələ yeni müəyyənləşərkən istifadə edilə bilər. İnfeksiyanın yayılmağa başladığı ilk 12-24 saat ərzində tətbiq olunan bir müalicə olacaq. EIDD-2801 təkcə bu gün yox ,gələcəkdə də müxtəlif koronaviruslara qarşı tətbiq olunacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru