Neft ölkələri gözləyir: Ağ Ev Kremlin şərtini qəbul edəcək?

8-04-2020, 16:49           
Neft ölkələri gözləyir:
Kreml ABŞ-a neft şərti qoyub.

Cebhe.info xəbər verir ki, Rusiya neft hasilatının mümkün azaldılmasının OPEK+ təşkilatının 9 apreldə keçiriləcək iclası çərçivəsində qəbul ediləcək sazişə daxil edilməsini məqbul saymır.

Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peksov deyib. O bildirib ki, bunlar fərqli şeylərdir: "Budəfəki fərqlidir. Siz ümumi hasilat azaldılmasını neft bazarında vəziyyətin stabilləşdirilməsi üçün nəzərdə tutulan azalma ilə dəyişik salmayın. Eni və uzunu müqayisə etmək olmaz".

Rusiya və Səudiyyə Ərəbistanının ABŞ-a təqdim etdiyi təklifə əsasən, hasilatn azaldılması müvəqqəti xarakter daşımalı və bazara hesablanmalıdır. Beləliklə, Kreml bazarın stabilləşdirilməsində ABŞ şirkətlərinin də iştirakı və rolunun artırılmasına çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru