Hətta külünü də basdırırıq - Poliqondan koronavirus açıqlaması

9-04-2020, 00:00           
Hətta külünü də basdırırıq - Poliqondan koronavirus açıqlaması
Tibbi tullantılar təhlükəlilik kateqoriyasına görə çeşidlənir və xüsusi ayrılmış avtomobillərlə daşınaraq xüsusiləşdirilmiş müəssisələrin insinerator qurğusunda yandırılma üsulu ilə zərərsizləşdirilir
Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə Respublika ərazisində fəaliyyət göstərən xəstəxana və müvəqqəti yaradılan düşərgələrdə formalaşan təhlükəli tibbi tullantıların qanunvericiliyə uyğun idarə olunmasına nəzarət edilir.

Təhlükəli Tullantılar Poliqonunun direktoru Firuddin Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təhlükəli tibbi tullantıların normalara uyğun utilizasiyası məqsədilə tibb müəssisələrinə xüsusi torbalar və konteynerlər paylanılıb: "Tibbi tullantılar təhlükəlilik kateqoriyasına görə çeşidlənir və xüsusi ayrılmış avtomobillərlə daşınaraq xüsusiləşdirilmiş müəssisələrin insinerator qurğusunda yandırılma üsulu ilə zərərsizləşdirilir. Daşınmadan sonra avtomobillər dezinfeksiya olunur. Yandırılma zamanı əmələ gələn kül Təhlükəli Tullantılar Poliqonunun ərazisində xüsusi ayrılmış yerlərdə basdırılır. Nəzarət və utilizasiya prosesinin təşkili tədbirləri tərəfimizdən davam etdirilir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru