Avropa İttifaqı karantin rejimini yumşaltmağa hazırlaşır – Liderlər müzakirə keçirəcək

8-04-2020, 21:40           
Avropa İttifaqı karantin rejimini yumşaltmağa hazırlaşır – Liderlər müzakirə keçirəcək
Avropa İttifaqının liderləri bugün, aprelin 8-də koronavirus epidemiyasına görə elan edilmiş karantini tədricən yumşaltmaq yollarını müzakirə edəcəklər.

Bütün Avropa boyunca bütöv şəhər və ölkələrin bağlanması iqtisadi fəaliyyəti tamamilə dayandırıb.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bu məqsədlə ittifaqın komissarları ilə telekonfrans formatında “məhdudlaşdırıcı tədbirlərdən çıxışa dair yol xəritəsinin zondaj debatlarını” keçirəcək.

Avropa İttifaqının hər bir üzv ölkəsi pandemiyanın müxtəlif mərhələlərini yaşayır və buna görə də bəzi milli hökumətlər iqtisadiyyat üzərinə təzyiqi azaltmaq məqsədilə karantındən “tədrici çıxışa” tələsirlər.

Koronavirus böhranının ilk günlərində Avropa İttifaqının 27 üzvü arasında müəyyən koordinasiyasızlıq baş verib.

Pandemiyanın başlanğıcında bəzi ölkələr karantinlə bağlı müstəqil addım atmağa məcbur olmuşdu.

Brüssel ilk dövrlərdə bu uyğunsuzluqları aradan qaldıra bilmirdi.

Avropa İttifaqının Avstriya, Danimarka və Sloveniya da daxil bir neçə ölkəsi artıq gələn həftədən məhdudiyyətləri tədricən azaltmağa başlayacağını bildirib.

Bu da qeyd olunur ki, məhdudiyyətlərin aradan qaldırılması əllərin yuyulması və sosial məsafə saxlanmasına dair təlimatların da dayandırılacağı anlamına gəlmir.
Amma bir sıra Avropa İttifaqı ölkələri narahatdırlar ki, hətta bəzi məhdudiyyətlərin qaldırılması qitə boyunca indiyədək 51 min insanın həyatına son qoymuş pandemiyaya koordinasiyalı reaksiyanı poza bilər.

İnfeksiyadan ölüm hallarına görə bütün dünyada ABŞ-dan sonra ikinci olan İspaniyanın hökuməti aprelin 7-də bildirib ki, ərzaq qıtlığının və bahalığın qarşısının alınması məqsədilə miqrantların və işsizlərin aqrar sənayedə çalışmasına imkan verəcək.

Avropa ölkələrində kənd təsərrüfatı məhsulunun yığımında miqrant əməkçi qüvvəsi fəal iştirak edir. (Azadlıq)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru