Braziliyada koronavirusa yoluxma hallarının sayı ilk dəfə sutka ərzində 2 mini ötüb

9-04-2020, 04:05           
Braziliyada koronavirusa yoluxma hallarının sayı ilk dəfə sutka ərzində 2 mini ötüb
Braziliyada koronavirusa yoluxmaların təsdiqlənmiş sayı 2 210 nəfərdə artaraq 15 927-ə çatıb.

Trend-in məlumatına görə, daha avvəlki anti-rekord aprelin 7-də - 1661 sayda olub.

COVİD-19 virusundan ölənlərin sayı ümumilikdə 800-ə yüksəlib. Səhiyyə Nazirliyində proqnozlaşdırıldığı kimi, aprel ayında üç ay davam edəcək və iyul ayına qədər sabitləşəcək xəstəliklərin sayının kəskin artması başlayacaq. Avqust ayında ölkə hakimiyyəti infeksiyanın dinamikasının getdikcə azalmasını gözləyir.

Təsdiqlənmiş diaqnozlu xəstələrin əksəriyyəti (59 faiz) Sao Paulu (6,7 mindən çox yoluxmuş və 428 ölü) və Rio-de-Janeyro (təxminən 2 min yoluxmuş və 106 ölü) regionlarında yaşayır. Koronavirusun yüksək yayılma templəri həmçinin Seara ştatında (demək olar ki, 1,3 min yoluxmuş, 43 ölü) və Amazonasda (804 yoluxmuş və 30 ölü) ştatlarında qeydə alınıb. Bu bölgələrdə hakimiyyət orqanları infeksiyanın nəzarətsiz artım mərhələsinin başlanmasından qorxurlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru