Almaniya 2 gün nüvəsiz qaldı: ordu ayağa qaldırıldı

11-04-2020, 09:01           
Almaniya 2 gün nüvəsiz qaldı: ordu ayağa qaldırıldı
ABŞ Almaniya ərazisində quraşdırılmış B61 tipli nüvə başlıqlarını təkmilləşdirib.

Axar.az xəbər verir ki, bu barədə “Der Şpigel” məlumat yayıb.

Bildirilib ki, gizli əməliyyat 2019-cu ilin payızında baş tutub.

Təxminən 20 döyüş başlığı Byüxel məntəqəsində təyyarəyə qoyularaq, 2 günlük ABŞ-a göndərilib və orada başlıqlara yeni proqram yüklənilib.

Almaniya hökuməti əməliyyatın başlamasından az müddət əvvəl xəbərdarlıq edilib və fors-major hallara qarşı alman ordusu döyüşə hazır vəziyyətə gətirilib.

“Der Şpigel” yazır ki, Almaniyada 48 saat ərzində nüvə silahı olmayıb və heç kim bunu anlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru