Fövqəladə vəziyyət elan olundu

12-04-2020, 09:21           
Fövqəladə vəziyyət elan olundu
ABŞ prezidenti Donald Tramp Vayominq ştatında genişmiqyaslı fövqəladə vəziyyət elan edib.

Teref.az-ın xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəsi Djadd Dir bildirib.

O, özünün “Twitter”dəki səhifəsində yazıb ki, bununla da ABŞ tarixində ilk dəfə bu rejim bütün ştatlarda qüvvəyə minib.

"Tarixdə ilk dəfə prezident eyni vaxtda 50 ştatda genişmiqyaslı fəlakət rejimi elan edir", - deyə o, sosial şəbəkədəki hesabında yazıb.

Son məlumata görə, Birləşmiş Ştatlarda koronavirusa 519 453 insan yoluxub, 20 071nəfər ölüb.

ABŞ COVID-19 infeksiyası qurbanlarının sayına görə İtaliyanı qabaqlayaraq dünyada birinci yerə çıxıb.Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru