İran karantin rejimini ləğv edib - Riskli qərar

12-04-2020, 14:20           
İran karantin rejimini ləğv edib - Riskli qərar
Yaxın Şərqin koronavirusdan ən çox təsirlənən ölkəsi İranda gündəlik ölüm sayının yüzdən artıq olmasına baxmayaraq, rəsmi Tehran çox riskli qərar qəbul edib.

Reyting.az xəbər verir ki, bəzi deputatların epidemiyaya qarşı karantin rejiminin uzadılmasına dair çağırışına İran prezidenti Həsən Ruhani “karantin rejimi ləğv ediləcək”, - cavabını verib.

Prezident Ruhani bəyan edib ki, toplu şəkildə işləməyən iş yerlərinin lazımi gigiyenik qaydalara əməl etməklə fəaliyyətlərinə icazə verən qərarı dünən imzalayıb.

Onun sözlərinə görə, bu qərar Tehran istisna olmaqla əyalətlərdə tətbiq edilir.

Bununla da İranda “Ağıllı sosial məsafə plan”ına görə, aşağı riskli subyektlər işə başlayıb.

Tehranda isə həyatın aprelin 18-də canlanacağı, bu planın tətbiq ediləcəyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru