İranda virusdan ölüm halları artır:yoluxan daha 117 nəfər ölüb

12-04-2020, 14:33           
İranda virusdan ölüm halları artır:yoluxan daha 117 nəfər ölüb
İranda yeni tip koronavirusa (Covid-19)yoluxanların sayı 71 min 686-ya çatıb.

Bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Ölkədə son sutka ərzində koronavirusa yoluxan 117 nəfər vəfat edib. Bununla da bu günədək koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 4 min 474-ə çatıb.

Son sutka ərzində ölkə ərazisində 1657 yeni yoluxma faktı qeydə alınıb.

İndiyədək İranda (Covid-19) virusuna yoluxmuş 43894 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan 3930 nəfərin vəziyyəti ağırdır. /APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru