Britaniyaya miqrant axını rekord həddə çatıb

3-09-2020, 08:36           
Britaniyaya miqrant axını rekord həddə çatıb
Rekord avqustun 6-da qeydə alınıb



Böyük Britaniya sahillərinə bir gün ərzində rekord sayda miqrant gəlib.



AYNA xarici mətbuata istinadən xəbər verir ki, ötən gün kiçik qayıqlarda minimum 409 nəfər Britaniya sahillərinə çatıb. Yüzlərlə miqrant suda saxlanılıb, qalanları çimərliklərə enməyə müvəffəq olublar.



Bununla bağlı əvvəlki rekord avqustun 6-da qeydə alınıb, həmin gün ölkəyə 235 insan gəlib.



Nəşr qeyd edib ki, 2020-ci ildə Böyük Britaniyaya dəniz vasitəsilə ümumilikdə 5 600 miqrant gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru