Almaniya Navalnıy barədə son diaqnozu AÇIQLADI

3-09-2020, 11:55           
Almaniya Navalnıy barədə son diaqnozu AÇIQLADI
Səhhətindəki pisləşmə səbəbilə Almaniyaya aparılan Aleksey Navalnıy barədə yeni məlumat yayılıb.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Almaniya tərəfindən verilən açıqlamada rusiyalı müxalifətçinin zəhərləndiyi deyilib. Mütəxəssislər Navalnıyın bədənində sinir sistemini iflic edən maddələrin qalıqlarına rast gəlindiyini bildiriblər. Rəsmi Berlin Moskvanı laboratoriya sınaqları ilə tanış edəcəyini bildirib.

Qeyd edək ki, Aleksey Navalnı Tomsk-Moskva təyyarəsi ilə uçarkən səhhətində qəfil problemlər yaranmışdı. Bir neçə gün Rusiyada müalicə aldıqdan sonra Merkelin qonağı qismində müalicə edilmək üçün Almaniyaya aparılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru