Rusiya prokurorluğu: "Sergey Furqalın killer qrupu olub"

3-09-2020, 19:27           
Rusiya prokurorluğu: "Sergey Furqalın killer qrupu olub"
Rusiyanın Xabarovsk vilayətinin sabiq qubernatoru Sergey Furqal barədə yeni detallar paylaşılıb.
Yeniavaz.com “ria.ru”ya istinadla xəbər verir ki, Rusiyada məhkəməyə çıxarılan Sergey Furqal barədə yeni məlumatlar paylaşılıb. Bildirilib ki, keçmiş qubernatorun killer qrupu olub:
“Tabeçiliyində olan cinayətkarlar, ona qarşı çıxan şəxslərin fiziki olaraq məhv edilməsi ilə məşğul idilər”.
Qeyd edək ki, Sergey Furqal 9 iyulda saxlanılıb. O, biznesmen Yevqeni Zori və Oleq Bulatovun qətlə yetirilməsində günahlandırılır.
Xatırladaq ki, sabiq qubernatorun həbsindən sonra Xabarovsk vilayətində etiraz aksiyaları başlamışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.