Tramp milyonlarla amerikalını COVID-19-dan xilas etdiyini deyib

10-09-2020, 06:51           
Tramp milyonlarla amerikalını COVID-19-dan xilas etdiyini deyib
ABŞ prezidenti Donald Tramp yenidən Birləşmiş Ştatlarda koronavirusdan yüksək ölüm faizinə görə məsuliyyəti üzərinə götürməkdən imtina edib. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Ağ Ev rəhbəri əmindir ki, əgər onun administrasiyasının hərəkətləri olmasaydı, "milyonlarla insan ölərdi".

"Düşünürəm ki, əgər biz onu etməsəydik, milyonlarla insan ölərdi. Biz ölkəni bağladıq, biz bunu çox effektiv etdik, iş gördük, bu dəhşətli xəstəlik haqqında bütün dünya ilə birlikdə bildik", - Tramp jurnalistlərə deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.