ABŞ Polşada hərbi zavod tikir - "Petriot" üçün hissələr istehsal olunacaq

10-09-2020, 06:55           
ABŞ Polşada hərbi zavod tikir -
Polşanın Demblin şəhərində Amerikanın «Petriot» raketləri üçün hissələr istehsal edəcək zavodun tikintisinə başlanır.

Üç min kvadratmetr sahəni əhatə edəcək zavodu Amerika Birləşmiş Ştatlarının (ABŞ) «Lockheed Marti» hərbi-sənaye korporasiyası tikir.

«Bu gün biz, strateji həmkarımız olan Polşanın müdafiə sənayesi ilə əməkdaşlığımızın növbəti genişlənməsini fəxrlə elan edirik. Demblində yeni zavod tikilir. Bu çərçivədə «Visla» sistemləri üçün RAS-3MSE raketlərinin satın alınması həyata keçirilir» - korporasiyanın xəbərində belə deyilir.

RAS-3 MSE «Patriot Advanced Capability - 3 Missile Segment Enhanced» sözbirləşməsinin abbreviaturudur və hərfi mənada «İmkanların genişlənməsi və “Petriot-3” idarəolunan zenit raketlərinin təkmilləşdirilmiş raket seqmenti» anlamına gəlir.

Qeyd edilir ki, Polşanın özündə “Petriot-3” raketlərinin tənqidçiləri var. Məsələn, Polşa quru qoşunlarının keçmiş komandanı Valdemar Skşipçak bəyan edib ki, hava-hücumundan müdafiə planında “Petriot” sistemləri ölkənin təhlükəsizliyini təmin edə bilməyəcək.

«Son 30 ildə heç bir Avropa ölkəsi “Petriot” almayıb. Bu sistemlərə malik olan almanlar onu modernləşdirmirlər. Biz isə yenisini almaq qərarına gəlmişik» - deyə, general «kresy.pl» nəşrinə verdiyi müsahibədə bildirib.

AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.