Səudiyyə Ərəbistanı kralı və Almaniya kansleri G20-i müzakirə etdilər

10-09-2020, 07:18           
Səudiyyə Ərəbistanı kralı və Almaniya kansleri G20-i müzakirə etdilər
Səudiyyə Ərəbistanının kralı Salman ben Adbel Əiz əl-Səud və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Bu barədə “Report” Səudiyyə Ərəbistanını SPA agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, tərəflər G20-nin işini müzakirə ediblər.

Məlumata görə, iki lider G20-nin koronavirus pandemiyasının nəticələrinə qarşı mübarizəyə yönəldilmiş iclasları çərçivəsində birgə səyləri müzakirə ediblər.

Agentlik bildirib ki, Angela Merkel danışığın gedişində Səudiyyə Ərəbistanının G20-nin iclaslarına hazırlıq və keçirilməsi üzrə səylərini yüksək qiymətləndirib.

Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanın kralı Salman ben Adbel Əiz əl-Səud ABŞ prezidenti Donald Trampla telefon söhbətinin gedişatında da G20-nin işini müzakirə ediblər. Telefon danışığı zamanı Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi G20-nin bu ilki işi, habelə təşkilatın iclasları zamanı COVID-19 pandemiyasının təsirini azaltmaq məqsədilə həyat və dolanışıqları qorumaq üçün göstərilən səylər müzakirə












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru