"Tesla" rekord ucuzlaşmanın ardından "nəfəs aldı"

10-09-2020, 11:20           
"Tesla" rekord ucuzlaşmanın ardından "nəfəs aldı"
Elektromobil istehsalçısı Tesla şirkətinin səhmləri tarixinin ən kəskin ucuzlaşmasının ardından itkinlərinin bir qismini bərpa edib.

Teref.az xəbər verir ki, çərşənbə axşamı günü Tesla Inc. şirkətinin səhmləri 21% dəyərdən düşmüşdü. Tarixinin ən pis gününü keçirməsinin ardından Çərşənbə günü qiymət 10.92% yüksəlib.

Dünən Tesla-nın səhmləri 366.28 dollardan bağlanıb.

Tesla-nın səhmlərinin ucuzlaşmasına, şirkətin bu ayın əvvəlində 5 milyard dollarlıq səhm emissiya etməsi, şirkətin ən böyük səhmdarlarından birinin payını azaltması, şirkətin S&P 500 İndeksinə daxil edilməməsi, General Motors-un şirkətin rəqiblərindən birinə ortaq olması səbəb olmuşdu.

Elon Muskun qurduğu Tesla şirkətinin səhmləri 2020-ci ilin əvvəlindən bu yana 337 dəyər qazanıb. (Marja)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru