Navalnıyın analiz nəticələri Rusiyanın üzvü olduğu quruma təhvil verildi

10-09-2020, 11:53           
Navalnıyın analiz nəticələri Rusiyanın üzvü olduğu quruma təhvil verildi
Rusiyada zəhərlənən müxalifətçi Aleksey Navalnıyın analiz nəticələri Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına (OPCW) təhvil verilib.
Yeniavaz.com xarici xarici KİV-ə istinadla xəbər verir ki, Almaniya hökuməti sözçüsünün müavini Martina Fitz açıqlamasında bildirib ki, Berlinin bu addımından sonra nəticələrin Rusiyaya verilməsi üçün hər hansı əsas yoxdur:
“Navalnıyın analiz nəticələri Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına təhvil verilib. Rusiya da həmin təşkilatın üzvüdür. Biz mövqeyimizi qoruyuruq, Rusiya tərəfini Navalnıy haqqında daha dərin məlumat verməyə çağırırıq”.
Xatırladaq ki, rusiyalı müxalifətçi Aleksey Navalnıy Tomsk-Moskva reysində səhhəti pisləşdikdən sonra 20 avqustda Sibirin Omsk şəhərindəki xəstəxanaya yerləşdirilmişdi. Daha sonra Almaniya kanslerinin qonağı qismində 22 avqustda, hava yolu ilə Berlindəki “Çarite” xəstəxanasına gətirilib. Keçən həftə Almaniya hökuməti Navalnının “Noviçok” tipli zəhərli maddə ilə zəhərləndiyini bildirib.
Qeyd edək ki, Navalnıyın 7 sentyabrda komadan çıxdığı açıqlanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru