İordaniyada güclü partlayış olub, ölənlər var

11-09-2020, 07:36           
İordaniyada güclü partlayış olub, ölənlər var
İordaniyanın paytaxtı Ammandan 20 kilometr məsafədə yerləşən Əz-Zarka şəhərində güclü partlayış baş verib.

"Report"un məlumatına görə, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb. Telekanal hadisənin təfərrüatını açıqlamayıb.

Yerli jurnalist Xair əl-Cəbri isə bildirib ki, partlayış sursat anbarında baş verə bilər. Hadisənin eləcə də neftayırma müəssisələrindən birində baş verdiyi istisna olunmur.

"Sky News" isə bildirib ki, hadisə zamanı 2 nəfər həlak olub. Partlayışın foto və videoları “Twitter”də yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru