ABŞ hökuməti Çindəki malikanələrini satıb

12-09-2020, 08:24           
ABŞ hökuməti Çindəki malikanələrini satıb
ABŞ Dövlət Departamenti Honkonqdakı Şouson Hill küçəsində yerləşən malikanələrini satıb.

Trend-in Lenta.ru-ya istinadən verdiyi məlumata görə, mütəxəssislər satış dəyərinin 413 milyon dollardan başlamasını təxmin edirlər. Mülkiyyət 2020-ci ilin mayından satışa çıxarılıb. Alıcının kim olduğu və obyektləri hansı qiymətə alındığı məlum deyil. Müqavilənin 2020-ci ilin sonuna kimi tamamlanması planlaşdırılır.

Dövlət Departamenti bu əmlakı 1940-cı illərin sonlarında satın alıb və 72 il sahibi olub. Obyektlərin satışına səbəb Çində milli təhlükəsizlik qanununun qəbul edilməsi ilə əlaqədar iki ölkə arasındakı gərginlik göstərilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru