Qalib ölkələr: Taclı virusun tacını ayaqlar altına atan ölkələrin sıralaması- SİYAHI

12-09-2020, 17:03           
Qalib ölkələr:
Çində ötən ilin sonundan meydana gələn və qığılcım kimi dünyanın dörd bir tərəfinə yayılan koronavirus infeksiyası həyatımızı ondan asılı vəziyyətə salıb.

Səhiyyə, iqtisadiyyat, idman və digər sahələr COVID-19-un bədii dillə desək, vassalına çevirilib.

Lakin bununla belə vəziyyəti öz xeyrinə dəyişən ölkələr də az deyil. Belə ki, bir çox ölkələr koronavirusun ikinci dalğasını yaşayarkən, bəziləri "taclı virus” üzərində qalibiyyətini elan edib.

Cebhe.info həmin ölkələrlə bağlı araşdırma edib. Sözügedən araşdırmanı diqqətinizə çatdırırıq:

Braziliya

Ötən gün Braziliya Prezidenti Jair Bolsonaru ölkəsinin koronavirusa qalib gəldiyini elan edib.

“Biz praktiki olaraq pandemiyaya qalib gəldik”, - deyə Prezident bildirib. Bolsonaru daha sonra pandemiyanın nəticələrinin minimallaşdırılması üçün hökumətin gördüyü tədbirlərdən danışıb. Halbuki Braziliya koronavirusa yoluxma sayına görə dünyada üçüncü yerdədir (4 251 455 nəfər). Pandemiya dövründə ölkədə 129 mindən çox insan dünyasını dəyişib.

İslandiya

İslandiya isə COVID-19-u "sıradan çıxaran" ilk ölkədir. Bu barədə hökumət məlumat yayıb. Ölkə rəsmiləri qeyd ediblər ki, ölkədə koronavirusa yoluxmuş xəstələrin 97%-i artıq sağalıb.

Belarus

Virusu "məğlub edən" daha bir ölkə Belarusdur. Prezident Aleksandr Lukaşenko ölkəsinin səhiyyə sisteminin koronavirus pandemiyası ilə mübarizədə dözüm nümayiş etdirərək xəstəliyə qalib gəldiyini bəyan edib. Lukaşenko bildirib ki, koronavirusa qarşı mübarizə yumşaldılmayacaq.

“Koronavirus infeksiyası səbəbindən ön cəbhədə tibb işçiləri idilər. Lakin bizim səhiyyə sistemi buna davam gətirdi. Biz mübarizəni yumşaltmayacağıq, halbuki artıq bu gündən qalib gəldiyimizi demək olar”, - deyə Lukaşenko qeyd edib.

Yeni Zellandiya

Yeni Zellandiyanın Baş naziri Jakinda Ardern də koronavirus infeksiyasının yayılmasının qarşısını aldıqlarını və "mübarizəni qazandıqlarını" açıqlayıb.

Pandemiyanın ilk günlərindən etibarən ölkə sərhədlərini bağlayan və sərt tədbirlər alan 5 milyon əhalisi olan Yeni Zellandiyada artıq səhiyyə xidmətləri və təhsil sahəsindəki qadağalar aradan götürülüb.

Macarıstan

Macarıstan da koronavirusla vidalaşıb. Bu barədə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev məlumat yayıb.

"Macarıstan koronavirusla vidalaşır. 9,7 milyonluq Macarıstan buna necə nail oldu? Uğur formulu çox sadədir: dövlətin vətəndaşa hörməti, vətəndaşın dövlətə inamı, kütləvi məsuliyyət hissi, ictimai nəzarət", - deyə o qeyd edib.

Sloveniya

Sloveniya da koronavirus üzərində qələbə çaldığını elan edib. Bu barədə ölkənin Baş naziri Yanez Yanşa məlumat verib. Onun sözlərinə görə, virusla bağlı verilən təlimatlar sayəsində buna nail olunub.

Norveç

Norveç Avropada koronavirusa qarşı qələbə elan edən ilk ölkə olub. Bunu Norveç Səhiyyə Nazirliyi epidemiyanın nəzarət altına alındığını elan edib. Bu barədə açıqlama verən səhiyyə naziri Bent Höle buna alınan sərt tədbirlər nəticəsində nail olduqlarını bildirib.

Qeyd edək ki, Norveç Skandinaviya ölkələri arasında koronavirusun ən geniş yayıldığı ölkədir. Burada 5 mindən çox insan virusa yoluxub.

Mavriki

Afrika qitəsində yerləşən Mavriki ada dövlətində də bütün koronavirus xəstələri sağalıb. Ölkənin Səhiyyə Nazirliyi COVID-19-a yoluxmuş bütün xəstələrin sağaldığını və hazırda burada “korona”lı xəstə qalmadığını açıqlayıb. Mavrikinin Afrikada “korona”ya qalib gələn ilk ölkə olduğu vurğulanıb.

Qrelandiya

Qrenlandiya da virusun yoxa çıxdığı ölkələr sırasında yer alıb. Hökumət ölkənin koronavirus üzərində qələbə qazandığını bildirib. Aprelin 4-dən bu günə kimi ölkədə virusa yeni yoluxma qeydə alınmayıb.

Qrenlandiyada koronavirus diaqnozu qoyulmuş 11 nəfər isə artıq sağalıb.

Virusun yayılması müddətində Qrenlandiyada 900 nəfər tibbi yoxlanışdan keçib. Ölkədə COVID-19 infeksiyasına ilk yoluxma martın 16-da qeydə alınıb.

Tunis

Tunis də koronavirusa qalib gəlib. Belə ki, ölkədə koronavirusa yeni yoluxma halları demək olar ki, qeydə alınmayıb. Bu barədə ölkənin Baş naziri Elis Fahfah yerli telekanalın efirində deyib.

“Biz bu böhrandan sağlamlıq haqda həqiqətən də vacib nəticələr və az zərərlə çıxdıq”, - deyə hökumət başçısı bildirib.

Qeyd edək ki, Tunisdə koronavirusa ilk yoluxma halı martın 2-də qeydə alınıb.

Vyetnam

Vyetnam da koronavirusun axırına çıxdığını bildirib. Bildirək ki, Vyetnamda həyəcan təbili xeyli əvvəl çalınmışdı. Yanvarda bütün məktəblər bağlanmışdı. Martın 16-dan isə sərt karantin rejiminə keçilmişdi.

Bundan 9 gün sonra bütün aviareyslər ləğv edilmişdi.

Bundan əlavə, Brundi Respublikası Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Papua-Yeni Qvineya, Beliz, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya, Şərqi Timor, Kamboca və Eritreya, Fransa Polineziyası, Dominika, Sen Kits və Nevis Federasiyası, Montserrat, Qrinland, Seyşel Adaları, Makao və Müqəddəs Kitts və Nevis, Trinidad və Tobaqo Respublikası və Monteneqro da virusa meydan oxumağı bacarıb. Bu ölkələrdə də yoluxma sıfırlanıb.

Naibə
Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.