Bəhreyn İsraillə razılaşdı İSLAM İNQİLABI KEŞİKÇİLƏRİ KORPUSU QİSAS MESAJI VERDİ

13-09-2020, 00:09           
Bəhreyn İsraillə razılaşdı İSLAM İNQİLABI KEŞİKÇİLƏRİ KORPUSU QİSAS MESAJI VERDİ
İsraillə normallaşma anlaşması Bəhreyn üçün alçaldıcı bir addımdır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Fələstin mübarizəsi və idealları ABŞ-dakı seçkilərə qurban edilir. Bəhreyn rəhbərliyi bundan sonra sionist rejimin cinayətlərinə ortaq olacaq. Digər tərəfdən, Bəhreynin bu hərəkəti Fələstin və müsəlman xalqların nifrətini artıracaq. İsrailin Fars körfəzində təhlükəsizliyi pozan hər addımına görə Bəhreyn və onunla birgə hərəkət edənlər də məsuliyyət daşıyacaq”, - məlumatda bildirilib.

Bu arada İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bildirib ki, Bəhreyn Krallığı İsraillə münasibətlərin normallaşdırılmasına görə müsəlmanlar tərəfindən qisasa məruz qalacaq.

"Bu xəyanətin günahkarları İslam ümmətinin, xüsusilə Bəhrey şiələrinin qəzəbi və sərt qisası üçün hədəfdirlər", — deyə İİKK-in məlumatında vurğulanıb.

Qeyd edək ki, Bəhreyn Misir, İordaniya və BƏƏ-dən sonra İsraillə münasibətlərin normallaşması üçün razılıq verən 4-cü ərəb ölkəsidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.