“Apple” yeni qaydalar tətbiq edir

13-09-2020, 00:05           
“Apple” yeni qaydalar tətbiq edir
“Apple” şirkəti bu ayın sonunda iOS14 əməliyyat sisteminin tətbiqi ərəfəsində tətbiqlər yükləmə bölümü olan “App Store” ilə bağlı qaydalara dəyişikliklər edib.

Teref.az xəbər verir ki, bundan belə “Google Stadia”, “Microsoft xCloud” kimi striminq platformlardakı oyunlar xüsusi əlavədən yox, bilavasitə “App Store”dan yüklənməlidir.

“Microsoft” şirkətindən bu yeniliyi tənqid edərək oyunçular üçün əlverişli olmadığını bildiriblər.

Qeyd edək ki, hazırda “Apple” ilə “Fortnite” oyununu hazırlayan “Epic Games” şirkəti arasında məhkəmə davası gedir. Belə ki, “Epic Games” həmin oyununda “Apple”-a 30 faizlik komissiya haqqı ödəməmək imkanı yaradan yeni ödəniş sistemi tətbiq edib. Buna görə “Apple” “App Store”ın istifadəsinə dair müqavilənin pozulması ilə bağlı məhkəməyə üz tutub.
Modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru