Daha bir ölkədə ikinci dalğa elan edildi

14-09-2020, 00:00           
Daha bir ölkədə ikinci dalğa elan edildi
Çexiyada koronavirus pandemiyasının ikinci dalğası elan edilib.

“Qafqazinfo” “TASS”a istinadla xəbər verir ki, bu barədə Çexiya hökumətinin elm və tədqiqatlar məsələləri üzrə səlahiyyətlisi Roman Prımula bildirib. Onun sözlərinə görə, ölkədə mövcud xəstəxana tutumu xəstəliyin ağır simptomlarına yoluxanları xəstəxanaya yerləşdirmək üçün yetərli olmaya bilər.

“İkinci dalğa artıq buradadır. Çexiyada ikinci dalğa başladı”, - deyə Prımula bildirib.

Qeyd edək ki, ötən gün Çexiyada 1 541 yeni yoluxma sayı elan edilib. Ölkədə ümumilikdə 35 401 nəfər virusa yoluxub, 453 nəfər ölüb, 21 209 nəfər infeksiyaya qalib gəlib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.