İran Süleymaninin qisasını bu amerikalıdan alacaq - Rus mətbuatı ŞOK DETALLARI yaydı

14-09-2020, 12:38           
İran Süleymaninin qisasını bu amerikalıdan alacaq - Rus mətbuatı ŞOK DETALLARI yaydı
İran ABŞ-ın Cənubi Afrika Respublikasındakı səfirinə sui-qəsd cəhdini hazırlamaqda ittiham edilir.

Publika.az xəbər verir ki, bu iddia “Radio Sputnik”də yayımlanıb.

Bildirilir ki, İran ABŞ ordusu tərəfindən sui-qəsdlə öldürülən İslam İnqilabı Keşikçiləri Korpusu “Qüds” Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Qasım Süleymaninin qisasını bu yolla almaq istəyir.

Qəzet qeyd edir ki, Amerika rəsmiləri səfirinə qarşı yaz aylarından bəri təhlükə olduğundan xəbərdardırlar.

Azərbaycanlı siyasi analitik Fərhad İbrahimov “Sputnik”ə müsahibəsində medianın yaydığı beynəlxalq qalmaqala səbəb ola biləcək bu məlumatı tənqid edib: “Həqiqətən bu baş verərsə, ölkələr arasında onsuz da mövcud olan ciddi gərginlik münasibətləri kəskinləşəcək. Bu məlumatın altında heç bir əsas görmürəm. Çünki bu iddianın əsasında hər hansı bir reallıq olsaydı, rəsmi Vaşinqton buna reaksiya verərdi. General Süleymani öldürüldükdən sonra ABŞ prezidenti Donald Tramp İranın Amerikanın İraqdakı səfirliyinə və digər dörd əyalətə qarşı terror hücumu etmək istədiyini açıqladı, lakin bunu heç bir dəlillə möhkəmləndirmədi. Rəsmi Vaşinqton bu məlumatı təsdiqləsə, İranla ABŞ arasında münasibətlər daha da pisləşəcək. Amerikalılar bütün dünyaya İranın əməkdaşlıq qurulacaq bir ölkə olmadığını göstərmək istəyirlər".

Qeyd edək ki, rəsmi Tehran və Vaşinqton arasındakı münasibətlər ilin əvvəlində Amerika səfirliyinin bir neçə raket zərbəsinə məruz qalması ilə yenidən pisləşib. Silsilə hücumlar 3 yanvar gecəsində başlamışdı. ABŞ əsgərləri İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Təyinatlı Qüvvələrinin generalı Qasım Süleymanini sui-qəsdlə qətlə yetirmişdilər. 8 yanvar gecəsi İran buna cavab olaraq İraqdakı ABŞ bazalarına raket hücumu təşkil etmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.