"CNN" aparıcısı Trampın köməkçisi ilə müsahibəni COVID-19-la bağlı mübahisəyə görə yarımçıq kəsib

14-09-2020, 12:40           
"CNN" aparıcısı Trampın köməkçisi ilə müsahibəni COVID-19-la bağlı mübahisəyə görə yarımçıq kəsib
.."CNN" televiziya kanalının aparıcısı Ağ Ev Milli Ticarət Şurasının rəhbəri Peter Navarro ilə müsahibəni vaxtından əvvəl tamamlayıb

"CNN" televiziya kanalının aparıcısı Ağ Ev Milli Ticarət Şurasının rəhbəri Peter Navarro ilə müsahibəni vaxtından əvvəl tamamlayıb.

İnterAz -ın İnterfaks-a istinadən verdiyi xəbərə görə, mübahisəyə səbəb olan söhbət amerikalı jurnalist Bob Vudvordun 15 sentyabrda çapa hazırlanan “Qəzəb”(Rage) adlı kitabına həsr olunub.

Kitabda müəllif, prezident Donald Trampın virusun təhlükəli olduğunu ABŞ-da koronavirus pandemiyası başlamazdan əvvəl bildiyini iddia edir.

Həmçinin Tramp 7 fevralda Vudvordla söhbətdə, koronavirusun qripdən beş qat daha ölümcül ola biləcəyinə işarə edib.

Ancaq CNN-in aparıcısı Ceyk Tapper bildirib ki, Tramp iki həftə sonra Ağ Evdə keçirdiyi mətbuat konfransında bu ehtimalı rədd edib.

Aparıcı Trampın köməkçisindən Ağ Ev rəhbərinin niyə "koronavirus təhlükəsi barədə açıq şəkildə yalan danışdığını" soruşub, cavab olaraq isə Navarro Amerika rəhbərliyinin virusun yayılması ilə mübarizə tədbirlərindən danışıb.

"Amerikalılara qarşı səmimi deyildi, sualıma cavab vermirsiniz", aparıcı bildirib.

Aparıcını faktlara seçkilini yanaşmaqda ittiham edən Navarro bildirib ki, "ictimaiyyəti Tramp deyil, CNN aldadır".



"Sualımı cavablandırmırsınız. Vaxt ayırdığınız üçün təşəkkürlər”, deyə Tapper Trumpın köməkçisinin sözünü kəsərək onun efirə bağlantısını kəsib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.