Çin “Covid-19” əleyhinə kütləvi peyvəndləşməyə ehtyac duymur

15-09-2020, 02:31           
Çin “Covid-19” əleyhinə kütləvi peyvəndləşməyə ehtyac duymur
Çinin “COVİD-19” əleyhinə kütləvi peyvəndləşməyə ehtyacı yoxdur. Hökumət əsas diqqəti əhalinin yüksək risk altında olan kəsimlərinə, habelə infeksiyaya qarşı mübarizə aparan həkimlərin mühafizə olunmasına yönəldəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Çinin Xəstəliklərə nəzarət və profilaktika mərkəzinin direktoru Qao Fu jurnalistlərə bəyan edib.

“Koronavirusun Uhanda ilk dəfə peyda olmasından bu yana Çin “COVİD-19”un bir neçə dalğasını yaşayıb”,-deyə o qeyd edib.
Qao Fu dalğaların qısamüddətli olmasını Çinin pandemiyaya qarşı gördüyü effektli tədbirlərlə əlaqələndirib. “Faktlar bizim bu bəlaya qarşı bir neçə sehrli silahımızın olduğunu göstərir”,-deyə o söyləyib.

Çin rəsmisinin sözlərinə görə, potensial peyvəndin hazırlanması halında əsas üstünlük ona ən çox ehtiyacı olanlara, yəni tibb işçilərinə, pandemiyanın tüğyan etdiyi ölkələrə səyahət edən ölkə vətəndaşlarına, restoran, məktəb və təmizlik kimi yüksək risk daşıyan yerlərdə çalışanlara veriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.