İş adamı 8 milyard dollarını payladı: Özünə və arvadına isə...

17-09-2020, 15:41           
İş adamı 8 milyard dollarını payladı: Özünə və arvadına isə...
Amerikanın tanınmış biznesmeni, milyarder, “Duty Free Shoppers" mağazalar şəbəkəsinin yaradıcısı Şak Fini bütün sərvətini xəyriyyə məqsədilə xərcləyib.

Cebhe.info xəbər verir ki, milyarde bütün sərvətini payladıqdan sonra 38 il fəaliyyət göstərən "Atlantic Philanthropies" xeyriyyə təşkilatını bağlayıb.

O, sərvətini kimlərə verdiyini açıqlamayıb. Bunu vəsaiti alanların ixtiyarına burxıb. Əgər onlar istəsələr, bu barədə açıqlama verəcəklər.

Sadəcə o məlumdur ki, fond vəsaiti səhiyyə, elmi tədqiqat, hüquq müdafiə məqsədiə xərcləyib. Təşkilat əsasən Cənubi Afrika Respublikasında QİÇS-lə mübarizə, ABŞ-da ölüm hökmünün ləğvi, İrlandiyada universitetlərin inkişafı layihələri üzərində işləyib. Son qrant layihəsi 2016-cı ildə maliyyələşdirilib. Bundan sonra Fond demək olar ki, işini dayandırıb.

2012-ci ildə Fini öz qalan sərvətini 2 milyon dollar dəyərində qiymətləndirib və bildirib ki, qocalıqda özü və arvadının yaşaması üçün bu vəsait kifayət edər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.