Toyu karantinə görə təxirə düşənlərə 6 min pul veriləcək

19-09-2020, 00:05           
Toyu karantinə görə təxirə düşənlərə 6 min pul veriləcək
İtaliyanın mafiyanın vətəni hesab edilən adasında ailə quranlara pul veriləcək. Siciliyada bölgə rəhbərliyi adanı yenidən gənclərin sevimli məkanına çevirmək üçün hərəkətə keçib. Ailə quranlara, nikaha daxil olanlara 3 min avro (təqribən 6 min manat) pul veriləcək.
Yerli mətbuatın məlumatına görə, koronavirusa görə, 70 min toy təxirə salınıb.
Bu yolla həm də toy biznesinə dəstək verilməsi, həm də gənclərin ailə qurmasını artırmaq nəzərdə tutulub. Adıçəkilən toy fondu üçün 3,5 milyon avro pul ayrılıb. Bu aksiyanın gələn ilin iyul ayına kimi keçiriləcək nikah və toy mərasimlərini əhatə edəcəyi bildirilib.
Ödənişin ancaq İtaliya vətəndaşları və əcnəbilərə də aid olub-olmayacağı barədə BBC-nin sualına cavabında ada rəhbərliyi qeyd edib ki, bununla bağlı hər hansı qadağa nəzərdə tutulmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.