Rusiyanın ən varlı dövlət qulluqçuları və deputatları - SİYAHI

19-09-2020, 00:00           
Rusiyanın ən varlı dövlət qulluqçuları və deputatları - SİYAHI
Rusiyanın ən varlı dövlət qulluqçuları və deputatlarının reytinqi hazırlanıb.

“Forbes”in hazırladığı reytinqə Saxalin vilayət dumasının deputatı Dimitri Paşov liderlik edir. Onun gəliri 6,2 milyard rubl təşkil edib.

İkincisi yerdə 5,4 milyard rubl gəliri olan Kamçatka vilayəti qanunverici məclisinin deputatı İqor Yevtuşok, üçüncüsü yerdə isə Çelyabinsk vilayətinin qanunverici məclisinin deputatı Konstantin Strukov qərarlaşıb. Onun gəliri 5,05 milyard rubl qiymətləndirilir.

Federasiya Şurasının üzvü Valeri Ponomaryov 2,79 milyard rubl gəlirlə dördüncü, Maqadan vilayət dumasının millət vəkili Aleksandr Basanski isə 2,73 milyard rublla beşinci olub.

İlk onluğa həmçinin, Rusiya Dövlət Dumasının deputatı Qriqori Anikeyev (2,3 milyard rubl), Moskva şəhər dumasının sədri Aleksey Şapoşnikov (1,95 milyard rubl), “Rostex” dövlət korporasiyasının baş direktoru Sergey Çemezov (1,91 milyard), Ryazan vilayət dumasının deputatı Stanislav Podol (1, 7 milyard), eləcə də Volqoqrad vilayət dumasının millət vəkili Oleq Savçenko (1,6 milyard) daxildir.oxu.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.